Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu transfer sonuncu olmayacaq" - Qurban Qurbanov

13 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ağır oyun oldu. İlk dəqiqələrdən göründü ki, rəqib bizdən daha hazırlıqlıdır. "Rakuv"un Polşa çempionatının lideri olması hiss edilirdi. Belə matçlarda hazırlıqsız olmaq komandanın oyununa böyük təsir göstərir. Futbolçular yorğun idilər. Bu da normaldır. Adətən ilk oyunlarda daha zəif komandalarla oynayırdıq. Qarşıda "Gent"lə matç var deyə belə bir rəqib seçdik. İstəyirdik ki, futbolçular mübarizəni hiss etsinlər". 

Press.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində "Rakuv"a 0:3 hesabı ilə uduzduqları ilk yoxlama matçından sonra deyib.

 

"Məncə, pis oyun alınmadı. Çatışmazlıqlarımız göz önündə idi. Pressinqdə çətinlik çəkirdik. Bu matçın mənim üçün faydası çox olacaq. Çatışmayan cəhətlərin üzərində işləmək həm bizdən, həm də futbolçulardan böyük məsuliyyət tələb edir. Qarşıda vaxtımız var. Çalışacağıq ki, növbəti oyunda daha yaxşı idman formasında olaq" - deyə o bildirib. 

Mütəxəssis komandanın yeni transferi Adama Diakabi ilə bağlı söyləyib:  "Çoxdandır oynamır. İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu "yana" bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq".

Q.Qurbanov bu transferin sonuncu olmayacağını vurğulayıb: "Bu yöndə çox aktiv işləyirik. Bir transferimiz olmalı idi, son anda alınmadı. Transfer pəncərəsinin son gününə kimi çalışacağıq. Ön xəttə transfer gözlənilir".

"Qarabağ"ın baş məşqçisi komandada olan yorğunluğun səbəbi ilə əlaqədar deyib: "İstəyərdim ki, futbolçular daha çox istirahət etsinlər. Onların bərpa olunması üçün minimum daha 10 günə ehtiyacımız var idi. Təəssüf ki, vaxtımız az oldu. Təkcə fiziki yox, psixoloji yorğunluq da var. Futbolçular iyun ayından bəri çox gərgin oyunlar keçiriblər. Bu gün yüklənmələrə dözmək lazımdır. İnanıram ki, yorğunluğu aradan qaldıracağıq. Futbolçular əvvəlki idman formasına qayıdandan sonra daha inamlı olacaqlar. Hazırlıq prosesimizdə bəzi dəyişikliklər var. Keçən ilkindən daha fərqli planla hazırlaşırıq. Gücümüzü artırmaq üçün dayanmırıq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI