Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DÇ-2022: Polşa millisi Səudiyyə Ərəbistanını məğlub etdi

26 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

Press.az xəbər verir ki, Çeslav Mixneviçin baş məşqçi olduğu kollektiv C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib.

Görüşdə ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Son nöqtəni isə 82-ci dəqiqədə kapitan Robert Levandovski qoyub. Bu, 34 yaşlı hücumçunun mundiallar tarixində ilk qolu olub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı yığması 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur. C qrupunda II turun digər oyunu bu gün Argentina və Meksika komandaları arasında olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI