Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

23 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Press.az xəbər verir ki, bu raundun son oyununda "Sabah" evdə I Divizion təmsilçisi "Qaradağ Lökbatan"ı qəbul edib. "Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt klubundan qolları 33-cü dəqiqədə Davit Volkov, 39-cu dəqiqədə Bəxtiyar Həsənalızadə və 61-ci, 88-ci və 90+1-ci dəqiqələrdə Emmanuel Apeh vurub.

Bu nəticədən "Sabah" 1/4 finalda "Turan Tovuz"a rəqib olub.

Qeyd edək ki, daha əvvəl "Səbail", "Turan Tovuz", "Qəbələ", "Zirə" və "Kəpəz" komandaları 1/4 finala vəsiqə qazanıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI