Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo azarkeşlərlə vidalaşdı

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Yunayted"lə müqaviləni ləğv edən Kriştiano Ronaldo bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Press.az xəbər verir ki, azarkeşlərlə vidalaşan portuqaliyalı hücumçu ayrılmağın doğru adım olduğunu bildirib:

"Düşünürəm ki, karyeram üçün yeni çağırış axtarmağın vaxtı çatıb. "Mançester Yunayted"i və fanatlarını çox sevirəm. Bu, heç vaxt dəyişməyəcək. Müzakirələrdən sonra razılığa gəldik ki, müqaviləni dərhal ləğv edək. Komandaya mövsümün qalan hissəsində və gələcəkdə uğurlar arzulayıram".

Xatırladaq ki, 2003-2009-cu illərdə də "Mançester Yunayted"də çıxış edən Ronaldo komandaya ötən il qayıtmışdı. O, bu yaxınlarda "The Sun" qəzetinə verdiyi qalmaqallı müsahibəsində klubun ona xəyanət etdiyini bildirmişdi. Bundan sonra isə gözlənilən ayrılıq baş verdi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI