Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DÇ-2022: Argentina millisi ilk oyunda məğlub oldu

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçına çıxıb. 

Press.az xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda I turda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. 

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.

Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib. 

Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI