Fransa millisinin liderlərindən olan Kərim Benzema bu gün start götürəcək dünya çempionatında iştirak etməyə bilər.
Press.az "L'Equipe"ə istinadən xəbər verir ki, o, ötən gün məşq zamanı zədələnib. Bir müddətdir zədədən əziyyət çəkən futbolçu bu dəfə omba nahiyəsindən zədə alıb.
Onun Avstraliya ilə noyabrın 22-də keçiriləcək matçı buraxacağı dəqiqdir.
Hətta 34 yaşlı forvardın mundialdan kənarda qalmaq ehtimalının olduğu da bildrilib. Baş məşqçi Didye Deşam isə Benzemanın əvəzəinə yeni futbolçunu noyabrın 21-nə qədər heyətə cəlb edə bilər.