Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qələbələr barədə danışmırıq" - Emin Mahmudov

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışıb.

Press.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:

“Ardıcıl qələbələr qazanmaq futbolçulara əlavə inam verir. Qələbə qazanmaq çox xoş hissdir. Amma biz futbolçularla qələbələr barədə danışmırıq. Uğurlu seriyanı davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq.

Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Oyunlarını izləmişik. Ferdi Elmas, Enis Bardi kimi təhlükəli oyunçuları var. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər.

Etiraf edim ki, bir-iki il ərzində millidə bu qədər qol vuracağımı gözləmirdim. Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar”.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI