"Barselona" DÇ-2022-yə ən çox futbolçu göndərən klublar arasında birinci olub.
Press.az xəbər verir ki, bu gün Kataloniya klubunun müdafiəçisi Alexandro Balde zədələnən Xose Qayanın yerinə İspaniya millisinə dəvət alıb.
Bununla da, "Barselona"nın mundiala dəvət alan futbolçularının sayı 17-ə çatıb.
Bundan əvvəl isə sözügedən göstəricidə "Bavariya" birindi idi. Ancaq Sadio Manenin zədələnərək Seneqal millisininin heyətindən çıxarılması "Barselona"nı birinci edib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər Qətədrə keçiriləcək.