Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Belçika kralından DÇ-2022 öncəsi milliyə maraqlı dəstək - VİDEO

16 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belçika kralı Filipp Qətərdə keçiriləcək dünya çempionatından öncə bu ölkənin futbol üzrə yığma komandası ilə görüşüb və futbolçulara maraqlı üsulla dəstək olub.

Press.az xəbər verir ki, bununla bağlı Belçika Futbol Federasiyası videoçarx da təqdim edib.

Videoda Belçika yığmasının baş məşqçisi Roberto Martinesin kral sarayına baş çəkdiyi və ölkənin monarxı Filipplə görüşdüyü görünür. Kral təcrübəli mütəxəssislə görüşdə “İblislərin vaxtı” olduğunu deyir. Məsələ burasındadır ki, “qırmızı iblislər” Belçika millisinin ləqəbidir.

Bundan sonra kral Filip komandanın məşq prosesində iştirak edir, yarımmüdafiəçi Kevin De Bruyneyə göstəriş verir və üzərində “Belçika 2022” yazılmış tatuajını nümayiş etdirir.

Belçika yığması noyabrın 20-də Qətərdə başlayacaq DÇ-2022-də Kanada, Mərakeş və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI