Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşaiyəti ilə gedəcək

05 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ" azarkeşləri Yunanıstanda "Olimpiakos"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün "Georgios Karaiskakis" stadionuna mühafizə xidmətinin müşaiyəti ilə gedəcək.

Ağdam təmsilçisindən Press.az-a verilən məlumata görə, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır.

Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən "Marble" stadionunun qarşısı olacaq. Onlar klub tərəfindən ayrılmış xüsusi avtobuslarla matçın oynanılacağı arenaya yollanacaq.

"Qarabağ" azarkeşləri biletləri oyun günü ala biləcəklər. Biletin qiyməti 20 avrodur.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI