Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Messinin "Barselona"ya qayıtmaq üçün yeganə şərti

02 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın PSJ klubunun hücumçusu Lionel Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb.

Press.az xəbər verir ki, mənbənin sözlərinə görə, 35 yaşlı forvard Kataloniya təmsilçisinin prezidenti Joan Laportanın ona xəyanət etdiyinə inanır və son anda müqavilənin uzadılmasını ləğv edib və onu klubdan getməyə məcbur edib. Hücumçunun qayıtması üçün bəzi futbolçular və menecerlər klubu tərk etməlidirlər. Messi də start 11-də yer alacağı təqdirdə “Barselona”ya qayıtmağa razı olacaq.

Sentyabrın 23-də argentinalı oyunçunun "Barselona"nın transfer təklifinə baxmağa razı olduğu məlum olub. Futbolçu dünya çempionatından əvvəl PSJ-dən ayrılmaq fikrində olmadığını, lakin bundan sonra danışıqlara hazır olduğunu bildirib.

Messi PSJ-yə 2021-ci ilin avqustunda pulsuz transfer olub. Onun Fransa komandası ilə müqaviləsi 2023-cü ilə qədərdir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI