Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Futbol üçün qara gündür" - İnfantino

02 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FİFA prezidenti Canni İnfantino İndoneziyada baş verən faciə ilə bağlı başsağlığı verib.

Press.az xəbər verir ki, o, FİFA-nın saytına açıqlamasında deyib: “Kanjuruhan" stadionunda "Arema" - "Persebaya" matçından sonra İndoneziyada baş verən faciəli hadisələrdən sonra futbol dünyası şokdadır. Bu, futbolla məşğul olan hər kəs üçün qara gündür. Bu faciə başa düşülən deyil.

Bu faciədə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün düşüncələrimiz və dualarımız hadisə qurbanlarının, xəsarət alanların yanındadır".

Qeyd edək ki, "Arema" - "Persabaya" görüşündən sonra azarkeşlərlə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər dünyasını dəyişib, azı 180 nəfər yaralanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI