Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

U-19 millimiz seçmə mərhələni xalsız başa vurdu

27 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan U-19 millisi bu gün Avro-2023-ün seçmə mərhələsində son oyununu keçirib.

Press.az xəbər verir ki, yığmamız Lüksemburqla qarşılaşıb. Bolqarıstanın Albane şəhərində oynanılan matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, yığmamız seçmə mərhələni xalsız başa vurub. Miloş Velebitin komandası əvvəlki oyunlarda Bolqarıstana (0:1) və Türkiyəyə (1:5) uduzub.

Bu qrupda keçirilən Bolqarıstan - Türkiyə matçı isə 1:1 hesabı ilə başa çatıb.

Bugünkü nəticələrdən sonra Türkiyə və Lüksembruq milliləri turnir cədvəlində ilk iki yerin sahibi kimi növbəti mərhələyə yüksəlib.

27 sentyabr

Avro-2023, seçmə mərhələ

18:00. Lüksemburq U-19 – Azərbaycan - U-19 - 1:0

Qol: Leon Elşan, 7-pen.

Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)

18:00. Bolqarıstan U-19 - Türkiyə U-19 - 1:1

Qollar: Karapo, 66 (0:1), Pavlov, 70 (1:1)

Xallar: Türkiyə - 5, Lüksemburq - 5, Bolqarıstan - 5, Azərbaycan - 0.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI