Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rasim Balayevi alnından öpən Elzadan BARIŞIQ JESTİ - FOTO

26 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl onun şeirlərini başına qaxınc edən Xalq artisti Rasim Balayevlə verilişlərin birində üz-üzə gəlib.

Press.az xəbər verir ki, müğənni əlində kitabla aktyora yaxınlaşaraq onu alnından öpüb. Daha sonra həmin fotoları sosial şəbəkə hesabında paylaşıb.

Elzanın bu addımı R.Balayevin üzünü güldürüb. Beləcə iki küsülü incəsənət nümayəndəsi barışıb.  

Qeyd edək ki, Rasim Balayev müsahibələrin birində "Elza Seyidcahan şeirlər oxuyur. Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən. Onu efirə buraxan televiziyanın sahibi, yiyəsi yoxdur? Desin ki, bu şeirlər efirlik deyil. Onda mən də çıxım efirə, ağzıma gələni danışım. Olmaz, bu, efirdir" söyləyib.  

Elza isə cavab olaraq "Rasim Balayevin tənqidi mənim üçün tərifdir" deyib. 

Oxşar xəbərlər
OTACI