Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millətlər Liqası: Yığmamız son matçında qələbə qazandı

25 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Press.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.

C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibini üstələməklə ikinci yeri tutmaq niyyətində idi.

Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb. Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub.

Qrupun digər oyununda Slovakiya ilə Belarus 1:1 hesablı heç-heçə edib.

UEFA Millətlər Liqası, VI tur

C liqası, 3-cü qrup

25 sentyabr

20:00. Azərbaycan – Qazaxıstan - 3:0

Qollar: Aleksandr Maroçkin, 67 (avtoqol), Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Baş hakim: Harm Osmers

Bakı. “Dalğa Arena”

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI