Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məsut Özilə Malayziya ŞOKU

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İstanbul Başakşehir” forması geyinən Məsut Özilin Malayziya klublarından “Cohor Darul Ta'zim”ə transfer olunacağı iddia edilib.

Press.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə klub prezidenti, Malayziyan vəliəhdi Tunku İsmail Sultan İbrahim açıqlama verib.

"Mesut Özil heç vaxt transfer planlarımıza daxil edilməyib. Düşünmürəm ki, klubun pulunu meydanda komanda üçün savaşmaq istəməyən oyunçuya xərcləyim. Johorda heç kim super ulduz ola bilməz. Bu klub ancaq meydanda dostları üçün ölümə gedən futbolçuları qəbul edir. Məsut Özilin transfer iddiaları hardan qaynaqlanır bilmirəm, amma Sevilyada çıxış edən Papu Qomezin bura gəlmə ehtimalı varsa, onu gətirmək istərdik”.

Xatırladaq ki, “Fənərbağça”da gözlənilən ümidləri doğrultmayan Məsut Özil mövsümün əvvəlində klubla müqaviləsini bitirdikdən sonra “İstanbul Başakşehir”də çıxış edir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI