Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA-dan püşkatma ilə bağlı yeni qərar

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Avro-2024”ün seçmə mərhələsinin püşkatması zamanı Ukrayna ilə Belarus eyni qrupa düşə bilməyəcək. Hər iki ölkə ilə bağlı bu qərar ilk dəfə verilib.

Press.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qurumun İcraiyyə Komitəsi “Avro-2024”ün püşkatması ilə bağlı məsələni müzakirə edib. Müzakirənin nəticəsinə əsasən, beynəlxalq yarışlardan kənarlaşdırılmış Rusiya millisi “Avro-2024”ün püşkatma mərasiminə də buraxılmayıb. Buna Rusiya ilə Ukrayna arasındakı müharibə səbəb olub. Belarusun isə yarışda iştirakına icazə verilib.

Belarus dövlərinin Rusiyaya siyasi dəstək verməsi ilə əlaqədar bu ölkənin komandasının Ukrayna ilə eyni qrupa daxil edilməməsi qərarı verilib. Bundan başqa, əvvəlki illərdə olduğu kimi, Azərbaycan və Ermənistan, Cəbəllütariq və İspaniya, nəhayət, Serbiya və Bosniya və Herseqovina eyni qrupa düşə bilməzlər.

Qeyd edək ki, “Avro-2024”ün seçmə mərhələsinin püşkatması oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI