Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Olimpiakos”u "Qarabağ"la oyunlara o çıxaracaq - Təyinatı təsdiqlədi

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"un baş məşqçisi müəyyənləşib.

Press.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, komandanı ispaniyalı Xose Miçelin çalışdıracağı dəqiqləşib. 59 yaşlı mütəxəssis sport24.gr saytına açıqlamasında məlumatı təsdiqləyib: “Mən nə vaxtsa “Olimpiakos”a yenidən qayıtmaq istəyirdim. Şadam ki, bu arzum bu gün həyata keçdi. Bu, mənim üçün böyük sevincdir. Ümid edirəm ki,  hər şey yaxşı olacaq”.

Məlumata görə, bu gün Miçellə 1+1 illik müqavilə imzalanacaq. O, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) komandasını məşqə çıxaracaq. Beləliklə, "Qarabağ"la Avropa Liqasının qarşıdakı iki qrup oyunu (6 və 13 oktyabr) da daxil olmaqla "Olimpiakos"un bu mövsümdə baş məşqşisi Xose Miçel olacaq.

Qeyd edək ki, X.Miçel 2013-2015-ci illərdə Yunanıstan təmsilçisini çalışdırıb və komanda ilə 2 dəfə ölkə çempionu olub. O, son olaraq ötən il "Xetafe"nin baş məşqçisi vəzifəsində işləyib.

Xatırladaq ki, “Olimpiakos”  Yunanıstan çempionatının 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra ispan baş məşqçisi Karlos Korberanı istefaya göndərib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI