Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Press.az xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma "köhlən atlar"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahibləri açıb. Coşqun Diniyev 34-cü dəqiqədə fərqlənib. Ağdam təmsilçisinin qollarını 44-cü dəqiqədə Toral Bayramov, 56, 60, 79 və 85-cü dəqiqələrdə Musa Qurbanlı, 64-cü dəqiqədə Kadi Borges, 68-ci dəqiqədə isə Ramil Şeydayev vurub.

Musa Qurbanlı cari mövsüm bir matçda 4 qol vuran ilk oyunçu olub.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 18-ə yüksəldib və "Neftçi"yə çatıb. "Zirə" isə 10 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün ilk matçında "Kəpəz" "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib. Turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI