Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Premyer Liqası: "Kəpəz" ilk qələbəsini qazanıb

18 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Press.az xəbər verir ki, "Kəpəz" Qəbələdə "Şamaxı"nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş Gəncə təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Hesabı 5-ci dədiqəqədə nominal qonaqlardan Nihad Quliyev açıb. 47-ci dəqiqədə Ahmed Ayzaya "Kəpəz"in bərabərlik qolunu vurub. 60-cı dəqiqədə isə Abdullahi Şuaybu matçda son nöqtəni qoyub.

Mövsümdə ilk qələbəsini qazanan "Kəpəz" 3 xalla 9-cu pilləyə yüksəlib. 2 xalı olan "Şamaxı" isə sonuncu - 10-cu sıraya geriləyib.

Günün və turun sonuncu görüşündə "Qarabağ" "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI