Dortmund "Borussiya"sının kapitanı Marko Roys Almaniya Bundesliqasının 7-ci turunda hazırda davam edən "Şalke" ilə matçda ayağından zədə alıb.
Press.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 32-ci dəqiqədə əlləri ilə üzünü bağlayaraq meydanı xərəkdə tərk edib. Almaniya millisinin üzvünün zədəsinin ciddiliyi hələlik məlum deyil.
Qeyd edək ki, "Borussiya" derbini 1:0 hesablı qələbə ilə başa vurub.