Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı davam edir.

Press.az xəbər verir ki, Azərbaycanın daha 5 cüdoçusu bu gün yarışda mübarizəyə başlayacaq. Vüqar Talıbov (90 kq) 1/16 finalda Maksims Duinovsla (Latviya), eyni çəkidəki İsmayıl Zamanov Aleks Maruşka (Slovakiya) ilə üz-üzə gələcək. Ruslan Nəsirli (100 kq) 1/8 finalda Hubert İllmerlə (Avstriya), Kənan Nəsibov (100+ kq) eyni raundda Alin Baqrinlə (Moldova) görüşəcək.

Qadınların yarışında Nərmin Əmirli (78 kq) 1/8 finalda Yuli Alma Mişinerlə (İsrail) güləşəcək.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI