Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şehiç İkardi ilə dalaşdı, qovuldu

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün Türkiyə Superliqasının 7-ci turunda "Qalatasaray" - "Konyaspor" görüşündə qalmaqal yaşanıb.

Press.az xəbər verir ki, bu, 89-cu dəqiqədə İstanbul təmsilçisinin yeni transferi Mauro İkardi ilə "Konyaspor"un qapıçısı İbrahim Şehiç arasında baş verib. Nəticədə Şehiç qırmızı vərəqə alaraq meydandan qovulub. 

Bundan sonra "Konyaspor" əvəzetmə limitini aşdığı üçün qapısına müdafiəçi Adil Demirbağı qoyub. Maraqlıdır ki, "Qalatasaray" buna baxmayaraq, son dəqiqələrdə "Konyaspor"un qapısına qol vura bilməyib.

Lakin İstanbul təmsilçisi 1-ci dəqiqədə futbolçusu Serxio Olivieranın və 82-ci dəqiqədə "Konyaspor"un oyunçusu Fransisko Kalvonun vurduğu avtoqolla qalib gəlib - 2:1. "Konyaspor"dan isə 15-ci dəqiqədə Endri Çekici fərqlənib.

Xatırladaq ki, İ.Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI