First slide

Sərbəst güləşçilərimizdən dünya çempionatına uğursuz start

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün sərbəst güləş üzrə millimizin 4 üzvü çıxış edib.

Press.az xəbər verir ki, Coşqun Əzimov (70 kq) 1/16 finalda monqolustanlı Temuulen Enxtuyaya sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Əşrəf Aşırov (79 kq) 1/16 finalda estoniyalı Erik Reinboka 5:2 hesabıyla qalib gəlib. Ancaq o, növbəti mərhələdə ukraynalı Vasili Mixaylovla bacarmayıb - 1:7.

Abubakr Abakarov (86 kq) ilk mərhələdə ukraynalı Xasan Zakariyevi mübarizədən kənarlaşdırıb - 5:4. Lakin 1/8 finalda gürcüstanlı Tarzan Maysuradzeyə uduzub - 1:3.

Aydın Əhmədov (125 kq) təsnifat mərhələsində dünya ikincisi Jivey Denqə (Çin) məğlub olub - 0:5.

Oxşar xəbərlər
OTACI