Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ”ın oyununda fanatlardan bir dəqiqəlik sükut

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda hazırda keçirilən Qarabağ” – “Nant” oyunundan əvvəl bir dəqiqəlik sükut olub.

Press.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda azarkeşlər Ermənistanla sərhədd baş verən hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.

"İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.

 UEFA “Qarabağ”ın görüşdən öncə rəsmi sükutla bağlı müraciətini müsbət cavablandırmasa da, fanatlar özləri belə addım atıb.

Qeyd edək ki, sentyabrın 13-də başlayan döyüşlər zamanı Azərbaycanın 71 hərbçisi şəhid olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI