Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türk ulduzlardan Azərbaycana başsağlığı

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin məşhur simaları Ermənistan təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə bağlı paylaşım edib.

Press.az olay-a istinadən yazır ki, pop ulduz Demet Akalın instaqramın hekayə bölməsində "Azərbaycan. 50 şəhid. Başınız sağ olsun" şərhini paylaşıb.

Müğənni Özcan Deniz isə paylşamında bu sözləri qeyd edib:

"Can Azərbaycan, başın sağ olsun. Acını paylaşırıq və şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbr diləyirik".

Sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan, müğənni və aparıcı Oğuzhan Uğur bayrağımızı paylaşaraq ölkəmizə dəstək olub.

Aktyor Mert Öcal "Başınız sağ olsun, Azərbaycan" şərhini hekayə bölməsində yerləşdirib.

Məşhur komediya aktyoru Şahan Gökbakarda bayrağımızın fotosunu ürək emojisi ilə paylaşıb.

 

Oxşar xəbərlər
OTACI