Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA “Qarabağ”ın 1 dəqiqəlik sükutla bağlı müraciətinə cavab verdi

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"la oyunun bir dəqiqəlik sükutla başlaması ilə bağlı müraciətinə cavab verib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a bildirib ki, qitənin futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib:  “Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciət etmişdi.

Əlavə edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nant" görüşü saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI