Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naqelsmann Ronaldo haqqında bunları dedi

20 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun Dortmund "Borussiya"sına keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Press.az xəbər verir ki, o, deyib:

“Düzünü desəm, onun "Borussiya"ya getməsi məni maraqlandırmır. Bu, mənim üçün əhəmiyyətli deyil. Onun hələ də “Mançester Yunayted”lə müqaviləsi var. Başqa klublarınoyunçuları haqqında danışmamağı öyrənmişəm. O, yaxşı futbolçudur, çoxlu qollar vurub. Yəqin ki, istənilən liqada daha bir neçə qol vuracaq. Amma bu, iqtisadi məsələdir. Düşünürəm ki, bir çox klublar onunla müqavilə bağlamaq istəyər. Lakin ən azı 15 Bundesliqa klubu üçün onun illik maaşını qarşılamaq mümkün olmaz. Ronaldonun illik 500 min avroya oynadığını düşünmürəm".

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə məlumatlar yayılıb. O, ötən ildən bu komandada oynayır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI