Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Roza Zərgərlidən Xalq artistini tanımayan oğluna: "Corcu danladım ki, sus" - VİDEO

16 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Səkinə xanım bizim qonşumuz idi. Biz eyni çoxmərtəbəli yaşayış binasında qalırdıq. Bir gün onu avtomobilimə götürdüm. Daha sonra Gəncliyə uşaqları götürməyə getdik. Corc qabaqda, Bənövşə isə arxada əyləşdi. Söhbət edə-edə yol gedirdik. Mənim uşaqlarım sərbəstdirlər. Onlara söz azadlığı vermişəm. Birdən Corc çevrilib Səkinə xanıma dedi ki "Salam xanım, siz nə işlə məşğulsunuz?" Təsəvvürünüzə gətirin, mən həmin vaxt rolda neynədim...".

Press.az azxeber.com-a istinadla  xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. "Gündən Günə" verilişinə qonaq olan ifaçı oğlu Corcun Xalq artisti Səkinə İsmayılovanı tanımadığını, buna görə də onu danladıını, hətta onu döymək dərəcəsinə gəldiyini bildirib:

"Corc aktyorluqla məşğul olsa da, onu tanımadı. Bu da hərhalda mənim qəbahətim olub. Bu vaxt Səkinə xanım soruşdu ki, "Adın nədir bala". Mən cavab verdim ki, adı Corcdur".

Dedi "Ay qız uşağa Corc adı qoyanda bilmirdin ki, bizimkiləri yox, Hollivud ulduzlarını tanıyacaq?". Gəldim evə, yazıq Corcu danladım, vəziyyət döyməyə qədər gəlib çıxdı. Bundan sonra 3 gecə yatmadım".

Ətraflı videoda: 

Oxşar xəbərlər
OTACI