Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" – "Viktoriya" oyununun hakimləri açıqlanıb

15 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

Press.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" – "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI