Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nadirdən "Avroviziya 2023"ə qatılmaq istəyi ilə bağlı - AÇIQLAMA

13 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avroviziya 2023" haqqında danışmaq istəyirəm. Bəziləri, hətta deyərdim, böyük qisminiz bu il yarışa getməyimi istəyirsiniz. Bir ya, iki nəfərdən mesaj gördüm ki, "Sən guya keçən il gedib yarıtdın?" Məncə hə, mən yarıtdım. Bir nəfər də yazmışdı ki, bu eqoistlikdir, başqa istedadlı şəxslər də var. Həmin şəxsə demək istəyirəm ki, mən də bunun tərəfdarıyam. Hətta "O səs Azərbaycan"da nə qədər istedadlı insanlar var, istərdim ki, onlar getsin. Bunu mən etdimsə, ancaq mən gedim. Çoxu bilir ki bu il getmək istəmirdim, əslində hələ də istəmirəm. Yenidən "Avroviziya"ya qatılmaq istəyirəm, amma bu il yox, nə vaxtsa".

Press.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Rüstəmli növbəti il də "Avroviziya"ya qatılması ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq deyib.

"Sadəcə bunu səsləndirəndən sonra bəziləri məndən incidi. Əgər çağırsalar sizə görə gedəcəyəm. Həmin şəxsə demək istəyirəm ki, oturub burada özümü öldürmürəm ki, məni aparın, "Avroviziya 2023"ə məni çağırsınlar. Amma bu il yox, qoy başqası getsin. Yenə də həmin şəxsə demək istəyirəm ki, düşünmə ki, Yer kürəsində ağıllı yalnızca sənsən, biz heç nə fikirləşmirik. Biz də nələrsə bilirik. Lazım olsa, məni çağırsalar, gedəcəyəm. Amma bunun üçün özümü öldürmürəm. Öz fikrimə qalsa, istəyirəm ki, bağqaları getsin. "O səs Azərbaycan"da istedadlı dostlarım var, onların getməyini istəyirəm. Həmin yarışdan kənar getmək istəyənlər də var. Onlar da ola bilər. Hər növbəti ildə onlardan biri getsin" deyə, ifaçı bildirib.

Qeyd edək ki, N.Rüstəmli bu il sözügedən yarışda “Fade to black” mahnısı ilə 106 xal toplayaraq 16-cı olub.

Oxşar xəbərlər
OTACI