First slide

Rəşad Sadıqov: "Çox ucuz səhvlərdən qollar buraxırıq"

12 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sabah"a uduzduqları matçdan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox danışacaq bir şey yoxdur. Rəqib layiq olduğu qələbənbi qazandı. Çox kobud səhvlərdən qollar buraxdıq. Bundan sonra rəqib daha özünəinamlı oynadı. Hesab arasındakı fərqi azalda bildik və ümidləndik ki, oyunu çevirə bilərik. Amma ikinci hissənin əvvəlində buraxdığımız kobud səhv oyunun taleyini həll etdi. Çox ucuz səhvlərdən qollar buraxırıq. "Makkabi" ilə oyunda da belə oldu, indi də. Belə olan halda istədiyimiz futbolu oynamaq çətin olur.

- Təmkin Xəlilzadənin oyununda eniş yaşanır. Bununla bağlı nə deyə bilərsiniz?

- Mövsümün əvvəlidir. Ola bilər ki, hansısa futbolçu gec formaya düşsün. Tək o yox, bir neçə oyunçumuz daha istəkli oynamalıdır. Problemlər var, axtarıb həll etməyə çalışacağıq. Eniş deməzdim, daha istəkli oynamalıdır.

- Yeni transferiniz Moizin oyununu necə dəyərləndirərdiniz?

- Məşqçi kimi etmək istəmədiyimi ilk dəfə etdim. Cəmi bir həftə idi ki, məşq edirdi. Sadəcə çıxış yolumuz yox idi. Özü ilə danışdım ki, 60-65 dəqiqə oynayar. Amma 90 dəqiqə oynadı və  məni yaxşı tərəfdən təəccübləndirdi.

- Hamidu Keytanın olmaması oyununuza nə dərəcədə təsir etdi?

- Onsuz da, heyət geniş deyil. Onun yoxluğu hücum xəttində hiss olunmaya bilməz. Hacıağa Hacılı, Dimitrios Çantakias, Filipe Paxtman da yenidən zədələnib. Bu cür itkilərimiz var. Futbolda belə problemlər olur. Bunları həll edib yolumuza davam etməyə çalışacağıq. Qarşıda 34 tur var. Əsas məsələ mövsümü uğurlu başa vurmaqdır. Problemləri mövsümün əvvəlində görmək daha yaxşıdır, nəinki mövsümün ortasında.

- Transfer məsələsi nə yerdədir?

- Heyəti genişləndirməliyik. Ola bilər ki, çox futbolçumuzun olmaması futbolçularda rahatlıq yaradır. Biri ilə razılaşmışıq, iki günə Bakıya gələcək. Transferlərin son periodundayıq. İndiyə biz istəyənlər qalar ya, yox bilmirəm. Olmasa, qışda edəcəyik.

- Komandadan narazılıqlarınız nədən ibarətdir?

- Kəmiyyət və keyfiyyətlə bağlı poroblemlərimiz var. İstəyərdik ki, geniş heyətimiz olsun. Həmişə futbolçulardan razı oluram. Amma meydanda yüz faizini verməyəndə, maksimum motivasiya olmayanda problemlər yaranır. Əsas keyfiyyətlərimizdən biri aqressiv və istəkli oynamaqdır. "Makkabi" ilə matçdan sonra problemlər yaşaırıq. Niyə çempionat matçlarında bunları yaşadıq, təhlil edəcəyik.

- Oyununuzda nə çatmadı?

- Bu cür oyunlarda nəticə üçün ucuz qollar buraxmamalısan. Rəqibin usta oyunçuları var. Amma belə qollar buraxdıqdan sonra oyunu dəyişmək çox çətindir. Daha istəkli oynamalıydıq. O zaman bərabər mübarizə gedərdi. Belə oynadıqdan sonra heç bir şans yoxdur.

- "Makkabi" ilə oyundakı "Zirə" ilə indiki arasında fərq görünür...

- Razıyam. Aqressiv və dözümlü futbolçuları görmürəm. Təhlil edəcəyik. Niyə belə olduğunu bilmirəm. İki ildir bu komandadayam. Aqressivlik və dinamikanın aşağı düşməsini görürəm. Mənim üçün də naməlumdur.

- Rüstəm Əhmədzadə döyüşür. Ondan razısınız?

- Görünür ki, Rüstəm potensialını daha da aça bilər. Çox hərəkətlidir. Düşünürəm ki, Azərbaycan futboluna çox xeyir verə bilər.

- Yeni transferin mövqeyi nədir?

- Mərkəz yarımmüdafiəçisidir.

- Bu mövsüm "Zirə" üçün daha çətin olacaq?

- Keçən il də asan olmadı. Amma bu il daha rəqabətli çempionat keçəcək. İlk turlar da bunu göstərir. Çalışacağıq ki, keçən ilkindən də asan olsun. Hər şeyi zaman göstərəcək. Düşünürəm ki, yaxşı olacaq.

Oxşar xəbərlər
OTACI