Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb

11 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Press.az xəbər verir ki, 61 kq-da çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib.

Hesab 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xal prinsipinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI