Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məşhur aparıcı “Xəzər TV”dən uzaqlaşdı - FOTO

11 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aparıcı Mətanət Əliverdiyeva “Xəzər TV”də yayımlanan “Gəzək, bişirək” verilişindən ayrılıb.

Press.az oxu.az-a istinadən xəbər verir ki, onu rəqqasə Fatimə Fətəliyeva əvəzləyəcək.

Bu haqda M.Əliverdiyeva Axşam.az-a açıqlamasında danışıb:

“Bu, prodakşn verilişi idi. Başqa işlərim olduğu üçün layihədən ayrıldım. Həm də düşünürəm ki, bütün rayonlarımızı, kəndlərimizi gəzdim, məncə artıq yetər. Fatiməyə də uğurlar arzulayıram”.

Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra “Space”də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı sonradan MTV-nin efirində yayımlanan “6/8 axşam şousu” adlı verilişə aparıcılıq edirdi.

Oxşar xəbərlər
OTACI