Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xərçəngə tutulan Zeynəb Həsənidən yeni paylaşım - FOTO

11 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müğənni Zeynəb Həsəni sosial şəbəkədə paylaşım edib.

Press.az azxeber.com-a istinadla xəbər verir ki, bir müddət əvvəl xərçəngdən əməliyyat olunan sənətçi hazırda səhhətinin yaxşı olduğunu deyib. Zeynəb instaqram hesabında yeni fotolarını paylaşaraq onunla maraqlanan hər kəsə təşəkür edib:

"Səhhətimlə bağlı maraqlanan, narahat olan hər kəs, ağlıma gəlməyən şəxslər belə, məni tanıyanlar, tanımayanlar, var olun. Yaxşı ki, varsınız. Hər kəsə tək-tək yaza bilmirəm, amma bilin ki, hər biriniz qəlbimdəsiniz. Sizin sevginiz məni ruhlandırır, çox sağ olun ki, mənimləsiniz. Səhhətim, şükürlər olsun ki, qaydasındadır".

Xatırladaq ki, bu il iyulun 28-də Zeynəbdə xərçəng xəstəliyi aşkarlanıb. Bu haqda ifaçı özü məlumat verib.

Məlumat üçün bildirək ki, müğənninin anası Əminə xanım xərçəngdən vəfat edib.

Oxşar xəbərlər
OTACI