Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Şəhriyarın etirafını eşidəndə şokda idim" - VİDEO

11 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Aktrisa Oksana Rəsulova həyat yoldaşının etirafından danışıb.

Press.az azxəbər.com-a istinadla verir ki, o, bu barədə ARB-də yayımlanan verilişdə həyat yoldaşının etirafından danışıb.

Rəqqasə bildirib ki, şəxsi həyatını gizli saxlamağının səbəbi tez-tez gündəm olması olub:

"Şəxsi həyatımı gizlətdiyim səbəblərdən biri tez-tez gündəm olmağım idi. Gündəmdə olmaqdan bezmişdim, buna görə də çox şeyi gizlədirdim. Mənim dostlarım sağ olsun, məsələnin nə olduğunu bilə-bilə gizli saxlayırdılar."

O, həmçinin verilişdə həyat yoldaşı Şəhriyarın hər şeyi etiraf etdiyinə şok olduğunu da bildirib:

"Mən Şəhriyarın verilişdə belə bir şeyi etiraf etdiyinə inana bilmirdim. Şokda idim. Özüm üçün də gözlənilməz oldu. Biz gözləyirdik ki, oğlumuz bir az böyüsün, dili açılsın, danışsın. Bizim ətrafımızda hər kəs bilirdi. Şəhriyarın mənimlə məsləhət etmədən bizim gizli saxladığımız məsələni etiraf etməsi məni şoka saldı. Şəhriyar artıq dözə bilmirdi. Bütün dostları öz övlarının şəklini paylaşanda o paylaşa bilmirdi, sıxılırdı. O düşünürdü ki, mən niyə Osmanın mənim oğlum olduğunu gizlədirəm? Buna görə də onu çox gözəl başa düşürdüm. O verilişində etiraf edəndə mənim də çiyinlərimdən böyük bir yük düşdü."

Oxşar xəbərlər
OTACI