UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” - "Ferentsvaroş" cütünün qalibinin potensial rəqibləri olan “Şerif” (Moldova) və “Viktoriya” (Çexiya) 3-cü mərhələnin cavab oyununa çıxıb.
Press.az xəbər verir ki, matç Çexiya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tiraspolda keçirilən görüşdə də eyni hesabla qalib gələn Plzen təmsilçisi pley-offa yüksəlib.
"Viktoriya” (Çexiya) - “Şerif” (Moldova) – 2:1
Qollar: Kliment, 10 (1:0), Akanbi, 47 (1:1), Mosquera, 62 (2:1)
Qeyd edək ki, "Qarabağ“ Bakıdakı görüşdə "Ferentsvaroş"la 1:1 hesablı heç-heçə edib. Hazırda Budapeştdə keçirilən oyunda isə Ağdam klubu 1:0 hesabı ilə öndədir.