Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Azarkeşlər oyunun ağırlığını hiss edirlər" - “Ferentsvaroş”un prezidenti

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Macarıstan “Ferentsvaroş”unun prezidenti Qabor Kubatov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi fikirlərini bildirib.

Press.az Macarıstan mətbuatına istinadən xəbər verir ki,  o, duelin iki matçdan ibarət olduğunu deyib: "Slovan"la oyunda da bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq. Azarkeşlər qarşılaşmanın ağırlığını hiss edirlər. Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, azarkeşlərimiz qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır”.

Qeyd edək ki, sabah Macarıstanda keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI