Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Nankorluq ən ağır günahdır" - Aybəniz Haşımova kimə söz atdı?

08 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Sənətə gəldiyim gündən kimin iynənin ucu qədər üzərimdə haqqı varsa, hələ də çıxışlarımda qeyd edir, adlarını fəxrlə çəkirəm. Çünki onların yox, mənim fəxrimdir ki, məni dəyərləndirib, qiymətləndirib, fərqləndiriblər. Təcrübələrinin sayəsində nəyisə onlardan götürə bilmişəmsə, özümdə də onu tədbiq edə bilmişəmsə, bu mənim əvəzsiz xəzinəm, şəxslərinə isə bir ömür boyu minnətdarlıq borcum var".

Press.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Sənətçi ötən gün verilişlərin birində sənətdə uğur qazanmasında yardımçı olduğu şəxsin onun adını hallandırmamasına əsəbiləşib. A.Haşımova həmin şəxsin adını açıqlamasa da öz iradını ona ünvanlayıb:

"Dünən vaxtilə özümlə bərabər efirə çıxmağında, tanınmağında, bilmədiyi əsərləri öyrətdiyim, köməyim dəydiyi bir xanım sənətdə ona kömək edənlərin, vaxtilə təhsil aldığı kənd məktəbində çalışan insanlara qədər hamsının adını çəkir. Amma bir dönüb demir ki, bu insan da məni öz verlişlərində əlimdən tutub çəkdirib. Özüdə AzTV-nin, hələ-hələ çoxlarının orada görünə bilmədiyi dövrdə ən baxımlı verilişinə, verilişlərinə çıxartdırıb bu insan məni. Yaxşı ki, lent yazıları durur məndə. Əslində o insanın mənə yox, özünə nə qədər pislik etdiyindən xəbəri belə yoxdur. Nankorluq dünyanın ən ağır günahıdır. Bunu unutma, insan oğlu!"

Oxşar xəbərlər
OTACI