First slide

"Ruhdan düşmək fikrimiz yoxdur" - Mahmud Qurbanov

06 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

- Çempiona qarşı heç də pis təsir bağışlamadıq. Düzdür, daha yaxşısına ümid edirdik. Qarşımızda "Qarabağ" var idi. amma pis oynamadıq. Aqressivlik var idi, hücum qurmaq istədik. Yaxşı qol epizdolarımız var idi ki, hesabı açaq. Amma bacardığımız qədər oynadıq. Qarşıdakı oyunlara baxacağıq. Uduzsaq da, komandanın göstərdiyi oyuna və aqressivliyinə görə razı qaldıq. Qarşıda çox oyun var. Nəticə qazanmaq istəyəcəyik. Həm də yaşxı oyun göstərmək istəyirik. Bir çox futbolçumuz yenidir. Bu gün üçün də heç pis deyildik. Düzdür, uduzduq, amma qarşımızda keçənilki çempion "Qarabağ" idi.

- Futbolçularınızın tez-tez bir-birilə söz atışması olurdu...

- Futbolçulara deyirik ki, bir-birinizlə danışın. Ola bilər ki, ondan irəli gəlir. Əslində, komandada mehribanlıq var. Sadəcə bir çox futbolçu yenidir, anlaşa bilmirlər, bir-birini başa düşmürlər. Müdafiəçilərimiz xaricidir. Dil baxımından da problemimiz var. Oyunda belə şeylər olur. Komanda şəklində yaxşıyıq.

- İstədiyiniz komandanın yaranması üçün nə qədər vaxt lazımdır?

- Oyunçular yenidir, hərəsi bir klubdan gəlib. Ötən mövsüm öz komandalarında hərəsi fərqli futbol oynayıb. Yaxşı nəticə istəyirik. Vaxt lazımdır. Tezliklə yoluna qoymaq istəyirik.

 - Yeni transferlərdən istədiyinizi ala bilirsiniz?

- Pis deyildilər. Gözləntilərimiz çoxdur. Qarşıdakı oyunlara baxacağıq. Özlərini göstərəcəklər.

 - "Qarabağ"a məğlubiyyət komandada növbəti matçlarda inamsızlıq yaratmayacaq?

- Yaxşı nəticə ilə başlamaq istəyirdik. Amma əfsuslar olsun ki, uduzduq. Ruhdan düşmək fikrimiz yoxdur. Yeni komandamız var. İstəyirik ki, bütün çempionat ərzində özümüzü göstərək.

- Adil Nağıyevin gedişi haqda fikriniz nədir?

- Adilin gedişindən sonra Vüqar Həsənov adlı mərkəz müdafiəçimiz var. Oyunçular axtarırıq. Nağıyev problemi həll olunub, "Şamaxı"ya keçib. Ona uğurlar arzulayırıq. Oyun baxımından onunla ayrıldıq. Daha çox oynamaq istəyirdi. Əfsuslar olsun ki, bu, mümkün deyil. Hamı istəyir əsas heyətdə oynasın. Amma bu, hər  dəfə olmur.

Oxşar xəbərlər
OTACI