Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA "Fənərbaxça"nı cəzalandırdı

05 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA "Fənərbaxça"nı cəzalandırıb.

Press.az qurumun saytına istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Ukrayna "Dinamo"su ilə (Kiyev) ev oyununda (1:2) davranışı səbəb olub.

Matçın 57-ci dəqiqəsində "Dinamo" hesabı açarkən Kiyev klubunun bir neçə futbolçusu təxribatçı hərəkətlər edib. "Fənərbaxça" azarkeşləri isə bunun qarşılığında Ukraynaya hücum edən Rusiyanın Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Baş verənlərə görə UEFA İstanbul təmsilçisini 50 min avro məbləğində cərimələyib. Bundan başqa "Fənərbaxça" avrokuboklardakı növbəti ev oyununu qismən azarkeşsiz keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI