Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Neftçi"yə düşünməyə imkan verməməliyik" - "Rapid"in baş məşqçisi

03 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rapid"in (Avstriya) baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə sabah Bakıda keçirəcəkləri ilk matç barədə fikirlərini bölüşüb. 

Press.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında paytaxtımızdan qələbə ilə ayrılmaq istədiklərini deyib: "Bakı çox gözəl şəhərdir. Buranın gözəlliyi məni valeh etdi. Ümid edirəm ki, sabah buradan qələbə ilə ayrılacağıq. 3-cü təsnifat mərhələsində asan rəqib olmadığını bilirik. Bu komandanı çoxdan izləmişik. Ötürmələri əla edirlər. Bu komandaya düşünməyə imkan verməməliyik. Driblinq etməyi bacarırlar".

Mətbuat konfransında Bakıdakı tıxac səbəbindən gecikən çalışdırıcı bu məsələyə də toxunub: "Traffik problemi bütün ölkələrdə var. İnanmıram ki, bu, bizə sabahkı oyunda psixoloji problem yaradar. Ancaq nəzərə alsaq ki, hava sabah isti olacaq, o zaman deyə bilərəm ki, bizim üçün çətin olacaq. Çalışacağıq ki, bu problemləri oyunumuz zamanı biruzə verməyək".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Rapid" görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması avqustun 11-i Avstriyada olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI