Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"İnanıram ki, həm biz, həm də "Qarabağ" bunu bacaracağıq" - Mahir Emreli

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Həkimlərin nəzarəti ilə məşqlərə qatılırdım, bu gün də oyuna çıxdım. Özümü əvvəlkinə baxanda daha yaxşı hiss edirəm". 

Press.az sports.az-a istinadən xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunun Xorvatiya çempionatının 3-cü turunda “İstra 1961”i məğlub etditi oyunun 81-ci dəqiqəsində meydana daxil olaraq 88-ci dəqiqədə gözəl qola imza atan Mahir Emreli deyib.

Zədədən yeni sağalan milli komandamızın furbolçusu əvvəlki ilə müqayisədə özünü daha yaxşı hiss etdiyini bildirib.

Milli futbolçu Çempionlar Liqasında keçmiş komandası "Qarabağ"la görüşmək ehtimalları haqda isə bunu deyib:

"Sözün açığı bu barədə fikir bildirmək tezdir. Çünki, öncə həm "Qarabağ"ı, həm bizi qarşıda çox ağır oyunlar gözləyir. Püşk "Qarabağ"ı "Ferentsvaroş" kimi çox güclü komandayla qaşılaşdırdı.
Eləcə də bizi ciddi rəqib gözləyir.

Çalışacağıq ki, bu mərhələni də adlayaq. İnanıram ki, həm biz, həm də "Qarabağ" bunu bacaracağıq. "Qarabağ"a da uğurlar arzulayıram. Təbii ki, hər zaman onları da dəstəkləyirəm".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI