Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Neftçi"də yeni məşqçi

29 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikolay Qriqori ilə 2 illik müqavilə bağlanıb. O, baş məşqçi Laurentsiu Regekampfın köməkçisi olacaq.

Qeyd edək ki, Nikolay Qriqori 1983-cü il iyulun 19-da Rumıniyanın Buxarest şəhərində anadan olub. Futbolçu kimi Rumıniya milli komandasının da üzvü olmuş Qriqori 2018-ci ildə məşqçiliyə başlayıb. 2018-2020-ci illərdə Buxarest “Rapid”inin U-17 komandasında baş məşqçi, əsas komandasında köməkçi məşqçi işləyib. 2020-ci ildə Rumıniya U-21 milli komandasında köməkçi məşqçi kimi çalışmış mütəxəssis 2020/2021 mövsümündə “Rapid”in baş məşqçisi olub. 2021-ci ildə “Universitatya Krayova”da baş məşqçi Laurentsiu Regekampfın köməkçisi olan Nikolayın sonuncu klubu “Metaloqlobus” (2021-2022) olub.Qeyd edək ki, bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, 54 yaşlı Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI