Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Neftçi" Konfrans Liqasının 3-cü mərhələsində - Yenilənib

28 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Press.az xəbər verir ki, Azərbaycan çempionatının gümüş mükafatçısı “Neftçi” də növbəti matçına çıxıb.

Paytaxt klubu Bakıda Kipr “Aris”ini qəbul edib. Səfərdə 0:2 hesabı ilə uduzan təmsilçimiz öz meydanında möhtəşəm geridönüş edib və 3:0 hesablı qələbə ilə 3-cü mərhələyə yüksəlib.

"Neftçi" növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

28 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu

21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0 

Qollar: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 54, Kenni Sayef, 62

Qırmızı vərəqə: Morqan Braun, 82 (2-ci sarı vərəqə, "Aris")

Baş hakim: Bastian Donkert (Almaniya)

Bakı. “Bakcell Arena”

İlk oyun – 0:2

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI