Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Braziliyalı ulduz futbolçu Bakı klubunda

28 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Braziliyalı hücumçu Vaqner Lav "Sabah" klubuna keçməyə yaxındır.

Bu barədə "Eurostavka" saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaqneri “Sabah” layihəsi çox cəlb edir. O, Azərbaycan çempionatında ən çox maaş alan futbolçu ola bilər.

Xatırladaq ki, futbolçunun agenti Evandro Ferreyra "Midtüllan"la müqaviləsi başa çatan Vaqner Lavın Azərbaycan, Türkiyə və Braziliyadan təkliflər aldığını bildirmişdi.

Qeyd edək ki, Vaqner Lav karyerası ərzində Braziliyanın "Palmeyras", "Flamenqo", "Korintians", Rusiyanın ÇSKA (Moskva), Çinin "Şandonq Lunenq", Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş", Qazaxısnatın "Kayrat" və Danimarkanın "Midtüllan" klublarında çıxış edib. 

Braziliya millisində 20 oyun keçirərək 4 qol vuran 38 yaşlı forvard 2004 və 2007-ci illərdə FIFA Konfederasiyalar Kubokunun qalibi olub. O, həmçinin ÇSKA ilə Rusiya çempionluğunu (3 dəfə), kubokunu (6), Super Kubokunu (4) və UEFA Kubokunu (1), "Şandonq Lunenq"lə Çin Federasiya Kubokunu, "Korintians"la Braziliya A Seriyasını, "Kayrat"la isə Qazaxıstan çempionluğunu və kubokunu qazanıb.//hit.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI