Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zabit Səmədovun Bakıdakı vida döyüşündəki rəqibi məlum oldu - FOTO

24 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüşünün kimlə olacağına aydınlıq gəlib.

Zabitin karyerasındakı son döyüşü braziliyalı Antonio Silva ilə olacaq.

42 yaşlı Antonio Silva “Yekəayaq” (“BigFoot”) ləqəbi ilə tanınır. O, MMA-da 33 döyüş keçirib. Bunlardan 19-da qalib gəlib (15-i nokautla, 2-si rəqibi təslim etməklə, 2-si hakim qərarı ilə), 13-də məğlub olub (11-i nokautla, 2-si hakim qərarı ilə), 1 döyüş isə baş tutmamış hesab edilib. Maraqlıdır ki, o, bu gün Moskvada “MMA Series-53” turniri çərçivəsində Oleq Popovla döyüşə çıxacaq.

Onun kikboksinqdə yalnız bir döyüşü olub. Bu, 2017-ci ilin oktyabrın 14-də Çində keçirilmiş “Qlori-46” turniri çərçivəsində baş tutub. Antonio Silva həmin vaxt niderlandlı Riko Ferhuvenin zərbələri qarşısında aciz qaldığından, hakim döyüşü dayandırmalı olub.

Qeyd edək ki, Zabit Səmədovun bu döyüşü sentyabrın 10-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Almaniya türkü olan Səfər Göktəpəyə məxsus olan “Mix Fight Championship” tərəfindən təşkil olunur.//oxu.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI