Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"O qara peçəli evimə donuz yağı sürtdü, evlənə bilmədim" - İbrahim Tatlısəsdən QEYRİ-ADİ İTTİHAM

23 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin arabesk musiqisinin "imperatoru" İbrahim Tatlısəsin ilk həyat yoldaşı Ədalət Sara və oğlu Əhməd Tatlısəs ilə bağlı iddiaları bitmir.

Press.az sfera.az-a istinadən xəbər verir ki, İ.Tatlısəs oğlunu və birinci xanımını ona cadu etməkdə günahlandırıb.

Müğənni bildirib ki, özündən 48 yaş kiçik köməkçisi Gülçin Qaraqaya ilə evlənə bilməməsinin səbəbi keçmiş ailəsidir:

"Bodrumdakı evimə donuz yağı sürtüblər. Mən ailə qururdum. Qız (Gülçin Qaraqaya) 48 kiloya qədər arıqlayıb. Özümü günahkar bilirəm. Ona ev aldım, maşın aldım, yenə də alardım, amma o qara peçəli və oğlu evimə donuz yağı sürtüblər".

İbrahim Tatlısəsin bu iddialarına ilk xanımı Ədalət Sara cavabsız qalmayıb:

"Maddi və mənəvi həqiqətlə heç bir əlaqəsi olmayan böhtan və təhqirlərə məruz qalmışam. Dediklərinin hamısı yalandır".

Oxşar xəbərlər
OTACI