Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tofiq Musayev Vaşinqtonda “Bomba”ya qarşı - FOTO

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin “Bellator”dakı rəqibi müəyyənləşib.

İdmançımız bu turnirdə debütünü italyan əsilli amerikalı Adam Pikkolotti ilə döyüşdə edəcək.

“Bomba” ləqəbli Pikkolotti indiyədək 13 qələbə qazanıb və 4 dəfə uduzub. Braziliya ciu-citsusu üzrə qara kəmərə sahib olan idmançının sonuncu qələbəsi fevralın 19-da erməni əsilli ABŞ idmançısı Georgi Karaxanyan üzərində olub.

18 qələbə və 4 məğlubiyyəti olan Tofiq isə aprelin 22-də Zak Zeynlə döyüşdə “Bellator”da debüt etməli olsa da, rəqibinin koronavirusa yoluxması səbəbindən həmin görüş baş tutmamışdı.

Qeyd edək ki, “Bellator-283” turniri iyulun 23-də ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq. Maraqlıdır ki, bu turnirin əsas döyüşünü 2019-cu ilin dekabrın 31-də Tofiq Musayevin “Rizin”də məğlub etdiyi braziliyalı Patriki Pitbull keçirəcək. O, kəmər üçün amerikalı Sidni Autlou ilə döyüşəcək.//oxu.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI