Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mehmet Ali Erbili 8 il həbs gözləyir - SƏBƏB

21 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mehmet Ali Erbilə 8 il 10 aya qədər həbs cəzası verilə bilər.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, şoumen Mehmet Ali Erbilə qarşı 3 fərqli cinayətə görə 8 il 10 aya qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb. Hazırlanan iddianamə Anadolu Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Anadolu Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə 23 yaşlı Ece Ronay Bilir adlı şəxsin 65 yaşlı Mehmet Ali Erbillə "İnstagram” hesabı vasitəsilə tanış olduğu və sosial şəbəkədə bir-birini izləməyə başladığı açıqlanıb. Mahnılarını rəqəmsal platformalarda paylaşan Bilir bir müddət sonra Mehmet Ali Erbilə klipində oynamağı təklif edib. Erbilin bunu heç bir pul təzminatı olmadan qəbul etdiyi bildirilib.

Tərəflərin klipi 2021-ci il oktyabrın 1-də çəkdiklərini bildirdikləri iddianamədə 3 gün sonra Mehmet Ali Erbilin telefonundan Bilirə mesaj göndərildiyi qeyd edilib. Qarşılıqlı mesajlaşmadan sonra Ece Ronay Bilir "səsli və video mesajla təhqir" iddiası ilə polisə şikayət edib.

İddianamədə şübhəli şəxs qismində alınan Mehmet Ali Erbilin ifadəsində mesajları özünün deyil, köməkçisi Nuray K-nin göndərdiyi iddia edilib. Nuray K isə ifadəsində bildirib ki, Ece Ronay Bilir Erbili təhqir etdikdən sonra telefonu götürüb mesaj yazmağa başlayıb.

İddianamədə Erbilin mesajlarının Bilirin şəxsi hüquqlarına xələl gətirəcək şəkildə təhqir olunduğu qeyd edilib. Həmçinin Mehmet Ali Erbilin "elektron ünsiyyət yolu ilə cinsi təcavüz”, "səsli, yazılı və ya video mesajla təhqir etmə” ittihamı ilə 1 il 11 ay 15 gündən 8 il 10 ay müddətinə qədər azadlıqdan məhrum edilməsi tələb edilib.

Hazırlanan iddianamə Anadolu Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Erbil yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.

Oxşar xəbərlər
OTACI